DSMF BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
Bu barədə APA-ya DSMF-dən məlumat verilib.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu inklüziv və bərabər, ədalətli və şəffaf sosial təminat təcrübəsinə, vətəndaşyönümlü xidmət modelinə görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.