"Kərkicahandan üçüncü sinifdə oxuyanda çıxmışdım. Məcbur qalıb doğma yurdumuzu tərk etdik".
APA xəbər verir ki, bunu bu gün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçürülən keçmiş məcburi köçkün Musa Nəsirov deyib.
O bildirib ki, ailəsi Kərkicahandan məcburi köçkün düşdükdən sonra əvvəlcə Xocalıda, daha sonra isə müxtəlif bölgələrdə məskunlaşıblar:
"Bu gün Goranboy rayonundan Kərkicahana qayıtdıq. Çox qürurverici hadisəyə şahidlik edirik. Çox sevincliyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Prezidentimizə, qazilərimizə can sağlığı versin".