Bank Of Baku

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə eko-fəalların Laçın-Xankəndi yolunda aksiyası davam edir - VİDEO

Laçın-Xankəndi yolunda aksiya

© APA | Laçın-Xankəndi yolunda aksiya

# 31 dekabr 2022 09:28 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları 2022-ci ilin son günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə də etirazlarını davam etdirirlər.

Müxtəlif şüarlar səsləndirən aksiyaçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.

© APA | Laçın-Xankəndi yolunda aksiya

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR