Bank Of Baku

DYP yollardakı sıxlıqla bağlı sürücülərə çağırış edib

DYP yollardakı sıxlıqla bağlı sürücülərə çağırış edib
# 30 dekabr 2023 19:14 (UTC +04:00)

Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.

APA xəbər verir ki, bu bərədə DYP-nin məlumatında bildirilib.

Qeyd edilib ki, bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib.

"Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR