Əfv sərəncamı 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - FOTO

Əfv sərəncamı 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - FOTO
# 26 may 2025 17:51 (UTC +04:00)

Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

APA xəbər verir ki, sözügedən Cəzaçəkmə Müəssisəsində Sərəncam ümumilikdə 9 nəfərə şamil olunub.

Əfv edilən məhkumlardan 7-si cəzadan tam azad olunub, 2 nəfərin isə cəzası yarıyadək endirilib.

Tədbir zamanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə, Milli Məclisin deputatı Bəhruz Məmmədov, Hikmət Babaoğlu tərəfindən məhkumlara arayışlar təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR