Bank Of Baku

Egils Levits: Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır

Egils Levits: Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır
# 18 yanvar 2023 23:54 (UTC +04:00)

Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır.

APA xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda keçirdiyi görüşdə deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd edib.

Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirib, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğulayıb.

Qeyd edək ki, söhbət zamanı Azərbaycan Prezidenti latviyalı həmkarını ölkəmizə səfərə dəvət edib və dəvət minnətdarlıqla qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR