Bank Of Baku

Əhliman Əmiraslanov: Estetik cərrahiyyədə mütəxəssis olmayanların çalışması ölümlərə də səbəb oldu

Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

© APA | Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

# 25 aprel 2025 12:19 (UTC +04:00)

Estetik cərrahiyyədə mütəxəssis olmayanların çalışması ölümlərə də səbəb oldu.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, tibb sahəsində bir çox ixtisaslar üzrə ciddi pozuntular müşahidə olunur: "Xüsusi ilə estetik cərrahiyə sahəsində hətta mütəxəssis olmayan, həkimlik diplomu olmayan insanların çalışması ciddi narazılıqlara səbəb oldu: “Bu sahəyə aid olmayan insanların fəaliyyəti ağırlaşmalara, həmçinin ölüm hallarına da səbəb oldu. Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə çox uğurlu addımlar atıldı, estetik cərrahiyə sahəsində işləyən, təhsil almış mütəxəssislər seçildi, o sahə ilə məşğul olmağa haqqı olanlar seçildi və onların adları mediada dərc olundu. Bundan sonra estetik cərrahiyyə sahəsində ancaq bu sahənin mütəxəssisləri fəaliyyət göstərəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR