Bank Of Baku

“Eldost” İnşaat şirkətinin rəhbəri Prezident İlham Əliyevi təbrik edib

“Eldost” İnşaat şirkətinin rəhbəri Prezident İlham Əliyevi təbrik edib
# 24 dekabr 2023 15:30 (UTC +04:00)

İş adamı, “Eldost” İnşaat şirkətinin rəhbəri Rəfiyev Hüseyn Oruc oğlu Prezident İlham Əliyevi təbrik edib.
APA-nın xəbərinə görə, təbrikdə deyilir:
“Bu gün Ali Baş Komandan İlham Əliyevin doğum günüdür!
Qarşıdan növbədənkənar Prezident seçkiləri gəlir…
Mənim üçün bir vətəndaş kimi Azərbaycan xalqının və dövlətinin maraqlarından üstün bir maraq yoxdur! Azərbaycanın dövlət maraqları bütün digər dövlət və təşkilatlar qarşısında qorunmalıdır! Dövlətimizin başçısı milli maraqlarımız harada qorunursa, oradadır və bu siyasətin nəticəsi Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü xalqın, silahlı qüvvələrin gücü, qüdrəti ilə bütövləşdirdi! Son 3 ildə dünya liderləri və təşkilatları Azərbaycan Dövlət Başçısına qarşı tutarlı dəlillər ortaya qoya bilmir, dünya nəhəngləri dövlət maraqlarının qorunmasını həzm edə bilmir, ”qarnı ağrıyan” adam görünüşü verirlər!
Suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması üçün ŞƏHİD öz canını, QAZİ sağlamlığını Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qurban verib, ZƏFƏRƏ imza atıbsa, bu ZƏFƏRİ, SUVERENLİYİ, ƏRAZİ BÜTÖVLÜYÜN, DÖVLƏT MARAQLARINI qorumaq üçün mən, ailəm və rəhbərlik etdiyim Eldost İnşaat kollektiv Cənab İLHAM ƏLİYEVİN yanındayıq. Bu bütövləşmə uğrunda Şəhid canını, Qazi sağlamlığını veribsə, bizim üzərimizə bu amal uğrunda döyüşənlərin yanında olmağı haqq olaraq boynumuza qoyublar deməkdir!
- Ali Baş Komandanın, Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış Zəfərimiz saysız hesabsız Şəhid qanı ilə imzalanmışdır və son olaraq mənim üçün o deməkdir ki:
Cənab İlham Əliyevin yanında olmaq şərəf borcudur!
Mən və rəhbərlik etdiyim Eldost İnşaat şirkəti Möhtərəm cənab Prezidenti səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və ölkəmizin tərəqqisinə yönəlmiş çoxşaxəli əzmkar fəaliyyətində davamlı uğurlar arzu edirik!
Yaşasın ali baş komandan, var olsun cənab Prezident!!!”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR