Bank Of Baku

Əlilliyi olan 4700-dən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 4700-dən çox uşağa reabilitasiya xidmətləri göstərilib
# 25 mart 2024 12:02 (UTC +04:00)

Son iki ayda əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar-fevral aylarında 18 yaşadək əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib.

Onlardan 312 nəfəri stasionar, 2 946 nəfəri ambulator, 160 nəfəri icma əsaslı, 1194 nəfəri onlayn, 59 nəfəri ippoterapiya, 79 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR