Bank Of Baku

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini: “Bu gün akademik köçürmənin hüquqi bazası yoxdur”

Yaqub Piriyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini

© APA | Yaqub Piriyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini

# 19 oktyabr 2022 10:05 (UTC +04:00)

“Bu gün akademik köçürmənin, bərpanın hüquqi bazası yoxdur”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

O bildirib ki, bu da müəyyən qanunsuzluğa səbəb olurdu: “Kənd təsərrüfatı ixtisasına qəbul olanlar köçürülmə yolu ilə mühəndisliyə keçirdilər və s. Ona görə bu dəyişikliklər çox mütərəqqidir”.

Qeyd edək ki, “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması ( onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.

Eyni zamanda orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR