"Birinci sinfə şagird götürəndə onu imtahan etmək doğru deyil. Amma deyə bilərsiniz ki, bəs, nə üçün bəzi məktəblərdə imtahan tətbiq olunur?”
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, elə məktəblər var ki, orada 200 yer var və orada 600 şagird oxumaq istəyir:
“Bunun üçün də müəyyən mexanizm olmalıdır. Hazırda sadəcə 30-35 məktəbdə birinci sinfə imtahanla qəbul var. Bütün məktəblərdə bu mexanizm tətbiq olunmur. Təkrar qeyd edirəm ki, xüsusi məktəblərə şagird qəbulu imtahanla aparılır”.