Bank Of Baku

Emin Hüseynov: İlin sonunadək Ağdama 1268 ailənin köçürülməsi planlaşdırılıb

Emin Hüseynov

© APA | Emin Hüseynov

# 15 iyul 2025 13:48 (UTC +04:00)

2026-cı ilin sonuna qədər Ağdamın Baş Qərvənd və Eyvazxanbəyli kəndlərinə əhalinin köçü təmin ediləcək.

APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər 1268 ailənin Ağdama köçürülməsi planlaşdırılıb. Bu ay ərzində Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə start veriləcək. Sentyabr, oktyabr aylarında isə üçüncü yaşayış kompleksinin tikintisi başlayacaq.

Emin Hüseynov bildirib ki, ilin sonuna qədər Füzulidə yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR