Bank Of Baku

Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri təsdiqlənib

Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri təsdiqlənib
# 23 fevral 2023 10:59 (UTC +04:00)

“Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri” təsdiq edilib.

APA xəbər verir ki, bununla bağlı Qərarı Baş naziri Əli Əsədov imzalayıb.

Ekoloji dizayn ekodizayn tələblərinin enerji istehlak edən və ya enerji istehlakına təsir göstərən məhsulun dizaynına inteqrasiyası, ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsulun ətraf mühitə təsir göstəricilərinin ekoloji tələblərə uyğunluğunu təmin etmək üçün məhsula və ya onun konstruksiyasına dair tələblərdir. Ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların ekoloji aspektləri barədə istehlakçıları məlumatlandırmaq məqsədi daşıyır.

Məhsullar üçün ekodizayn parametrləri aşağıdakılardan ibarətdir:

- ekoloji aspektlər məhsulun həyat dövrünün aşağıdakı mərhələlərinə uyğun olaraq müəyyən edilir:

- xammalın seçilməsi və istifadəsi;

- məhsulun istehsalı;

- qablaşdırma, daşınma və bazara yerləşdirmə;

- quraşdırılma və texniki xidmət;

- məhsulun istifadəsi;

- məhsulun həyat dövrünün sonu (məhsulun məhv edilməsinə qədər istismar müddətinin sona çatdığı müddət);

Qeyd edilən mərhələlər üçün müvafiq olaraq aşağıdakı ekoloji aspektlər qiymətləndirilir:

- materialların, enerjinin və şirin su kimi digər resursların proqnozlaşdırılan istehlakı;

- havaya, suya və ya torpağa gözlənilən emissiyalar;

- səs-küy, vibrasiya, radiasiya, elektromaqnit dalğaları kimi fiziki təsirlər vasitəsilə gözlənilən çirklənmə;

- tullantıların gözlənilən həcmi;

- normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla materialların və (və ya) enerji resursunun təkrar istifadəsi, təkrar emalı və ya rekuperasiyası (enerjinin istehsalı məqsədilə yanar tullantıların digər tullantılarla və ya digər tullantılar olmadan, lakin istiliyin ayrılmasının baş verməsi ilə birbaşa yandırılmaqla istifadəsi) imkanları;

Qeyd olunan ekoloji aspektlərin yaxşılaşdırılması potensialının qiymətləndirilməsi üçün

aşağıdakı parametrlərdən istifadə edilir:

- məhsulun çəkisi və həcmi;

- təkrar emal nəticəsində alınan materialların istifadəsi;

- məhsulun həyat dövrü ərzində enerji, su və digər resursların istehlakı;

- ekoloji cəhətdən təhlükəli olan maddələrin istifadəsi;

- düzgün istifadə və texniki xidmət üçün lazım olan materialların miqdarı və xarakteri;

- təkrar istifadə və təkrar emal üçün asanlıq: istifadə olunan materialların və komponentlərin sayı, standart komponentlərin istifadəsi, sökülməyə lazım olan vaxt, habelə alətlərin mürəkkəbliyi, asan təkrar emal edilə bilən materiallardan istifadə, qiymətli və digər

təkrar emala yararlı komponentlərin və materialların əlçatanlığı, tərkibində təhlükəli maddələr olan komponentlərin və materialların əlçatanlığı;

- istifadə olunan komponentlərin daxil edilməsi;

- komponentlərin və bütövlükdə cihazların təkrar istifadə və təkrar emal imkanlarını korlaya biləcək texniki həllərdən qaçılma;

- xidmət müddətinin uzadılması imkanları: minimum zəmanətli xidmət müddəti, ehtiyat hissələrin mövcudluğu üçün minimum vaxt, modulluq, təkmilləşdirmə, təmirə yararlılıq;

- yaranan tullantı və təhlükəli tullantı miqdarı;

- havaya emissiyalar (istixana qazları, turşulaşdırıcı maddələr, uçucu üzvi birləşmələr, ozonu məhv edən maddələr, davamlı üzvi çirkləndiricilər, ağır metallar, bərk hissəciklər (ümumi

toz);

- suya emissiyalar (ağır metallar, oksigen balansına mənfi təsir göstərən maddələr, davamlı üzvi çirkləndiricilər);

- torpağa emissiyalar (radioaktiv və kimyəvi çirklənmə, xüsusilə məhsuldan istifadə zamanı təhlükəli maddələrin sızması, tökülməsi və onun tullantı kimi atılması zamanı yuyulma potensialı).

Energetika Nazirliyi Azərbaycan Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə qanunvericiliyin tələblərinə uyğun olaraq enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərinə dair texniki reqlamentlərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirməlidir.

“Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri” “Texniki tənzimləmə haqqında” qanuna uyğun olaraq, enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərinə dair texniki reqlamentlərlə eyni gündə qüvvəyə minir.

Həmin Tələblərə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR