ETN: Suqovuşan kənd məktəbi tikilib

ETN: Suqovuşan kənd məktəbi tikilib
# 12 yanvar 2023 14:17 (UTC +04:00)

Azad edilmiş ərazilərdə məktəb tikintisi işləri davam edir.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.

O bildirib ki, Ağalı kənd məktəbindən əlavə olaraq keçən il Tərtər Suqovuşan kənd məktəbini əsaslı təmirdən sonra hazırlanıb:

"Hələ o məktəb istismara verilməyib, amma açılışa hazırdır: Bu günlərdə Şuşa 1 nömrəli 960 yerlik məktəb tikilir. Ağdam şəhərində 1 nömrəli 960 yerlik məktəb tikilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir”.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR