ETSN vulkan püskürməsi barədə rəsmi məlumatın gec yayılmasına münasibət bildirib

ETSN-nin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə

© APA | ETSN-nin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə

# 05 iyul 2021 12:53 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün vulkan baş verəndən sonra rəsmi məlumatın gec yayılması barədə deyilənlərə münasibət bildirib. APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, hadisə baş verəndən dərhal sonra müxtəlif qurumlar tərəfindən məlumatlar verilib: "Məlumat alanda araşdırılır, analiz edilir və daha sonra hər hansı qrup tərəfindən rəsmi açıqlama kimi yayılır".

R. Səttarzadə adada vulkan püskürməsinin çimərliklərə təsiri olub-olmayacağı məsələsinə də münasibət bildirib: "Düşünmürəm ki, bu hadisə çimərliklərə hər hansı problem yaratsın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR