Külək güclənib, bəzi bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Külək güclənib, bəzi bölgələrə yağış yağıb - FAKTİKİ HAVA
# 03 may 2024 16:38 (UTC +04:00)

Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 22 m/s, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 mertdir.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Qaxda arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 17, Aran rayonlarında 26, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR