Bank Of Baku

Fəaliyyətini qanunsuz bərpa etmiş yanacaqdoldurma məntəqələri yenidən bağlanıb - VİDEO

Fəaliyyətini qanunsuz bərpa etmiş yanacaqdoldurma məntəqələri yenidən bağlanıb - VİDEO
# 14 avqust 2025 10:29 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi fəaliyyətini qanunsuz bərpa etmiş yanacaqdoldurma məntəqələrinin istismarını yenidən dayandırıb.

FHN-nin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar olunmuş nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılmış yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.

Agentliyin əməkdaşları tərəfindən görülmüş müvafiq tədbirlərlə ciddi pozuntuların aşkar olunduğu və hələ də aradan qaldırılmadığı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktların nüsxəsi sahibkara təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR