Bank Of Baku

FHN Akademiyasında Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirilib - FOTO

FHN Akademiyasında Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirilib - FOTO
# 30 dekabr 2022 14:53 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil ocağının professor-müəllim heyətinin və kursantlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev iştirakçıları əlamətdar bayramlar münasibəti ilə təbrik edib, arzularını çatdırıb.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünya azərbaycanlılarının milli birliyini simvolizə etdiyini vurğulayan Akademiya rəisi bu bayramın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Həmrəylik Gününün qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci ilin 16 dekabrında o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın qanunverici orqanı tərəfindən qəbul edilib. Sonradan sözügedən qərar mərkəzi hakimiyyətin də dəstəyini qazandı və neçə illərdir dünya azərbaycanlıları bu bayramı təntənəli şəkildə qeyd edir.

B.Salayev vurğulayıb ki, Ümummilli Lider tərəfindən konseptual şəkildə işlənmiş və reallaşdırılmış azərbaycançılıq ideyası Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış tarixi Zəfər məhz milli həmrəyliyin təntənəsi, Prezident-Xalq sarsılmaz birliyinin parlaq təzahürü idi.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə FHN Akademiyasının hərbi orkestrinin, kursantların və estrada müğənnilərinin vətənpərvərlik ruhunda ifaları səsləndirilib, “Cigitlər” rəqs qrupunun ifasında rəqslər nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR