Bank Of Baku

FHN Aviasiya dəstəsinin rəisi Ankarada İCDDA2022 sərgisində iştirak edib - FOTO

FHN Aviasiya dəstəsinin rəisi Ankarada İCDDA2022 sərgisində iştirak edib - FOTO
# 18 oktyabr 2022 11:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov 12-14 oktyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən “5-ci Müdafiə və Aerokosmik Sənayedə Əməkdaşlıq Günləri” (İCDDA2022) sərgisində iştirak edib.

FHN-dən APA-ya verilən məlumata görə, sərgidə nümayiş olunan ən müsair texnologiyalarla yaxından tanış olan Ə.Qasımov bir sıra ölkələrin fövqəladə hallar üzrə aviasiya qurumlarının məsul şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə fövqəladə hallar zamanı aviasiya qüvvələrinin tətbiqi, xilasetmə və təxliyə məsələlərində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, “5-ci Müdafiə və Aerokosmik Sənayedə Əməkdaşlıq Günləri” (İCDDA2022) sərgisində 50-dən çox ölkənin müxtəlif şirkətləri və təmsilçiləri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR