Bank Of Baku

FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
# 12 noyabr 2026 17:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 12 Noyabr - Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, əvvəlcə, şəxsi heyət Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyən edən, cəmiyyətin inkişaf istiqamətlərini və dövlət hakimiyyətinin təşkili prinsiplərini təsbit edən ali hüquqi sənəd kimi müstəsna əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Əsas Qanun ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini müəyyən edib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və məqsədyönlü hüquqi islahatlar nəticəsində Konstitusiyamızın müddəaları müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilib, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması istiqamətində mühüm addımlar atılıb.

Tədbirlərdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror tədbirlərinin tarixi əhəmiyyətindən bəhs edilib, bu qələbələr nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində bərqərar olduğu vurğulanıb.

Sonda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının tarixi və əhəmiyyətindən bəhs edən sənədli filmlər izlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR