Bank Of Baku

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib - VİDEO

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib - VİDEO
# 02 sentyabr 2025 11:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt Texnologiyalar Parkında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda praktiki təlim keçirib.

APA nazirliyə istinadən xəbər verir ki, təlimə FHN-in aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və Sumqayıt Texnologiyalar Parkının əməkdaşları cəlb edilib.

Təlimin keçirilməsində əsas məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Təlim zamanı şərti qəza baş vermiş istehsalat sahəsində köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xüsusi vasitələrlə xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR