FHN Laçında orta məktəbdə maarifləndirmə tədbiri keçirib

FHN Laçında orta məktəbdə maarifləndirmə tədbiri keçirib
# 21 may 2024 11:26 (UTC +04:00)

FHN tərəfindən Laçın şəhər 2 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Laçın şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məktəb kollektivinə müvafiq biliklərin verilməsi olub.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR