Bank Of Baku

FHN-nin mərkəz rəisi: "Ermənilərin Gəncə və Bərdədə törətdiyi terror zamanı 100-dən çox uşaq sarsıntı keçirmişdi"

Xanım Sofiyeva

© APA | Xanım Sofiyeva

# 26 avqust 2022 10:34 (UTC +04:00)

Ermənilərin Vətən müharibəsi dövründə Gəncə və Bərdədə törətdiyi partlayışlardan sonra 100-dən çox uşaq psixoloji sarsıntı keçirmişdi.

APA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında FHN-nin Tibb mərkəzinin rəisi Xanım Sofiyeva deyib.

O bildirib ki, həmin uşaqlara türkiyəli mütəxəssislər və FHN-in psixoloqları yardım göstərib: "Həmin uşaqlarda güclü qorxu yaranmışdı. Anonimlik qorunmaqla, həmin uşaqlara yardım göstərilib və seanslar keçirilib".

Xanım Sofiyeva türkiyəli psixoloqlara təşəkkür edib: "Biz 7 ay ərzində gördük ki, türkiyəli qardaşlarımız bizim problemlərə öz dərdləri, problemləri kimi yanaşıb vətəndaşlarımıza yardım etdilər. Dəfələrlə büruzə verməməyə çalışsalar da, necə sarsıldıqlarını gördük".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR