Bank Of Baku

FHN polkovniki: Qüvvələrimiz Türkiyədə qarşıya qoyulmuş bütün tapşırıqları yerinə yetirib

polkovnik Asif Məmmədli

© APA | polkovnik Asif Məmmədli

# 02 mart 2023 17:25 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına qoşulmuş 760 nəfərlik heyəti fevralın 7-də qardaş ölkəyə yola düşdü.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qərargah rəisi, polkovnik Asif Məmmədli deyib.

O bildirib ki, FHN qüvvələri Kahramanmaraş və Hatayda axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib: "Tərəfimizdən 17-si uşaq olmaqla, 53 nəfər sağ olaraq, 780 nəfərin isə cəsədi dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatları başa çatandan sonra qüvvələrimiz humanitar, psixoloji və tibbi yardımlar göstərib.

Bundan başqa, tərəfimizdən 830 çadırdan ibarət çadır şəhərciyi qurulub. Çadır şəhərciyində orada qalanlara isti yemək verilib”.

Asif Məmmədli qeyd edib ki, FHN qüvvələri zəlzələ bölgəsində qarşısına qoyulmuş bütün tapşırıqları yerinə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR