Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Bərdə rayon ərazisində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, maarifləndirmə tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizlik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə su hövzələrində təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdən istifadənin təhlükələri barədə danışılıb.