Paşha Bank
Bank Of Baku

Hafiz Səfixanov: Məktəblərdə hicabla bağlı konkret qadağa nəzərdə tutulmayıb

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təsisçisi və sədri Hafiz Səfixanov

© APA | “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təsisçisi və sədri Hafiz Səfixanov

# 11 oktyabr 2026 18:31 (UTC +04:00)

“Dövlət təhsil müəssisələrində şagird və müəllimlərin geyimi ilə bağlı qəbul edilmiş qərarda hicabın qadağan olunmasına dair ayrıca və konkret müddəa yoxdur”.

Bunu APA-ya açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təsisçisi və sədri Hafiz Səfixanov bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin dövlət təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydaları ilə bağlı qərarından sonra sosial şəbəkələrdə geniş müzakirələr başlayıb.

“Bu məsələyə həm hüquqi, həm də dini baxımdan münasibət bildirilir. Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun qarşısında bərabərliyi təsbit edilib. Eyni zamanda, dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydaları pozmadığı halda sərbəstdir”, – deyə o bildirib.

H.Səfixanov vurğulayıb ki, Konstitusiyaya əsasən, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

“Qərarın mətnindən də görünür ki, burada hicabla bağlı ayrıca və konkret hansısa qadağa nəzərdə tutulmayıb. Qərarla həm müəllimlər, həm də şagirdlər üçün vahid geyim formaları müəyyənləşdirilir. Eyni zamanda, dövlət təhsil müəssisələrinə idman üslubunda və ya açıq-saçıq geyimdə gəlməyə məhdudiyyət qoyulur”, – deyə ictimai birlik sədri bildirib.

Onun sözlərinə görə, qərarın qəbulundan sonra bəzi xarici dövlətlərin dini və siyasi dairələri bu məsələdən Azərbaycana qarşı kampaniya aparmaq məqsədilə istifadə etməyə çalışırlar.

“Bəzi dövlətlərin dini və siyasi dairələri qərarın mahiyyətini öz bildikləri kimi yozaraq bundan ölkəmizə qarşı çirkin kampaniya kimi istifadə etməyə çalışırlar. Belə hallara dünyanın bir sıra ölkələrində də rast gəlinir. Dövlətlər öz təhlükəsizlik məsələlərini, mövcud təhdidləri və milli maraqlarını nəzərə alaraq müəyyən qərarlar qəbul edirlər”, – deyə Hafiz Səfixanov əlavə edib.

Onun fikrincə, təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi məsələsinə dövlətin dünyəvilik prinsipi və milli maraqları çərçivəsində yanaşılmalıdır.

Daha geniş videoda izləyin:

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR