Bank Of Baku

Firdovsi Əliyev: "Şimal bölgəsində yanğınlar Dağ Bilici kəndindən başlayıb"

Firdovsi Əliyev: "Şimal bölgəsində yanğınlar Dağ Bilici kəndindən başlayıb"
# 26 avqust 2022 11:48 (UTC +04:00)

"Şimal bölgəsində yanğınlar Şabran rayonunun Dağ Bilici kəndinə od vurulmasından sonra başlayıb".

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmin vaxtlarda havaların isti keçməsi ilə yanaşı, küləyin sürəti saniyədə 15-22 metr sürətlə olub: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 300-ə yaxın əməkdaşı, 100-dən çox texnikası cəlb olunmuşdu. Eyni zamanda da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları böyük səy göstərib. Yanğınlara vətəndaşlarımızın ehtiyatsızlığı səbəb olur. Taxılı biçir və sahəyə od vururlar. Dünyada qlobal istiləşmə gedir. Növbəti ildə daha da güclü yanğınların olacağı istisna edilmir. Yanğınları törədən şəxslər müəyyənləşdirilib, məsuliyyətə cəlb edilməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR