"Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi" mövzusunda konfrans keçirilib

"Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi" mövzusunda konfrans keçirilib
# 27 may 2024 14:03 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında "Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi" mövzusunda kursant, tələbə və magistrantların XI elmi-praktik konfransı keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin kursant, tələbə və magistrantları iştirak ediblər.

Konfransda ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığı və bu sahəyə cənab Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyi diqqətə çatdırılıb. Həmçinin, konfransın əhəmiyyətindən danışılaraq qeyd olunub ki, digər sahələrdə olduğu kimi, fövqəladə halların idarə olunması sahəsində də tətbiq edilən texnologiyaların sürətli inkişafı müşahidə edilməkdədir və axtarış-xilasetmə işlərində müasir texnologiyaların tətbiqi yeni uğurların əldə olunması üçün geniş imkanlar yaradır.

Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin magistrant, kursant və tələbələri müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.

Konfransın sonunda fərqlənən konfrans iştirakçıları FHN Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR