Növbəti ildə 31 min müəllimin sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulur.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, sertifikatlaşdırma riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, rus dili, rus dili və ədəbiyyatı, alman dili və fransız dili müəllimləri üçün olacaq:
"Sertifikatlaşdırma iyunun sonuncu ongünlüyündə olacaq. Ümumilikdə, 31035 müəllim sertifikasiyaya cəlb olunacaq. Onlardan 11290-ı riyaziyyat, 1284-ü Azərbaycan dili (dövlət dili kimi), 12035-ı ingilis dili, 5868-i rus dili (Azərbaycan bölməsi), rus dili və ədəbiyyatı (Rus bölməsi), 236-sı alman dili, 322-si isə fransız dili müəllimləridir".