Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmağa başlayacağı vaxt açıqlanıb.
APA xəbər verir ki, bu barədə dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələ ilə dair brifinqdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.
O deyib ki, seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması istiqamətində işlərə gələn il başlanılacaq:
"Fövqəladə Hallar Nazirliyi, yapon mütəxəssislər, eləcə də Şəhərsalma və yerli icra orqanları ilə razılıq əldə olunub. Yəqin ki, yazda bu işlərə başlanacaq".
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyib ki, seysmik rayonlaşdırma xəritəsi əsasən Bakı şəhəri və Abşeron yarımadasını əhatə edəcək:
"Xəritədə, həmçinin seysmik risklər də qiymətləndiriləcək".