Azad olunmuş ərazilərin 80 faizində minalar qalmaqdadır.
APA xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans zamanı deyib.
O bildirib ki, işğal zamanı minaları və partlamamış hərbi sursatları müxtəlif yerlərdə, keçmiş yaşayış yerlərində, qəbristanlıqlarda, təsərrüfat sahələrində yerləşdiriblər:
“ANAMA-ya böyük investisiyalar qoyulub, islahatlar aparılıb. Agentliyin büdcəsini 3 il ərzində 20 dəfə artırmışıq. Texniki potensial böyüyüb. 300 nəfər şəxsi heyətlə fəaliyyətə başlayan qurum, indi 1400-dən çox əməkdaşla azad olunan ərazilərdə çalışır. Gələn ildən ANAMA işçilərinin sayını artırılması gözlənir. Bizim məqsədimiz odur ki, tezliklə ərazilərimiz minalardan təmizlənsin. Müdafiə Nazirliyi, FHN, DSX və özəl şirkətlər də ərazilərdə minatəmizləmə işlərinə cəlb olunub".
Rüfət Məmmədov qeyd edib ki, beynəlxalq ictimaiyyət mina problemi ilə bağlı Azərbaycana hələ də tam dəstək göstərmir: "Biz ən çox minalarla çirklənmiş ölkəyik. Bizə dəstək olan ölkələrə və təşkilatlara təşəkkür edirik".