"Gələn ildən xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq".
APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov deyib.
O bildirib ki, məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə iş aparılır:
"Qanunvericiliyə müvafiq dəyişiklər olacaq".
K.Əkpərov qeyd edib ki, sistem elektronlaşdırıldıqdan sonra işçilərin hər hansı xəstəlik və ya hamiləliyə görə alacaqları kağız sənədlər artıq elektron platformadan yönləndiriləcək.
Aysel Şahmar