Gəncə Memorial Kompleksinin ərazisi 4 hektardır.
APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbəsinin müdiri Ramil Cahangirov jurnalistlərə açıqlamasında deyib.
"Kompleksin mərkəzi elementi muzey binasıdır. Ümumi sahəsi 2400 kvadratmetrdir. 2 mərtəbədən ibarətdir. Bu bina xüsusi memarlığa malikdir. Spiralvari quruluşlu, aypara formalıdır. Muzeyin əsas hissəsini sərgi zalı təşkil edir. Muzeydə 1905-1906, 1918-1920, 1948-1953, 1987-1993-cü illəri əhatə edən Azərbaycana qarşı törədilmiş terror aktları ilə bağlı məlumatlar nümayiş etdirilir" -, o qeyd edib.