Gəncədə sakinlərlə səyyar görüş keçirilib - FOTO

Gəncədə sakinlərlə səyyar görüş

© APA | Gəncədə sakinlərlə səyyar görüş

# 29 aprel 2022 18:32 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla səyyar görüş keçirib.

İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, görüş Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbdə baş tutub. Səyyar görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və rəsmilər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin şəhid məzunu Vüsal Məmmədov və I Qarabağ Müharibəsi şəhidlərinin xatirə lövhəsi önünə tər çiçəklər düzüb, onların əziz xatirəsinə dərin ehtiram ifadə ediblər.

Görüş zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra sakinlərin şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, bir sıra küçə və döngələrin asfaltlanması, bəzi ərazilərdə su təchizatının yaxşılaşdırılması və sair məsələlərlə bağlı olub.

Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.

Qeyd edək ki, sakinlərlə keçirilən bütün görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR