Güclü külək Gədəbəyin bir neçə kəndində fəsadlara səbəb olub.
APA-nın yerli bürosunun məlumatına görə, ötən gecədən başlayaraq əsək güclü külək rayonun bir neçə kəndrində problemlər yaradıb. Güclü külək rayonun 11 yaşayış məntəqəsində 9 fərdi yaşayış evinin ümumilikdə 488 kvadratmetr dam örtüyünə və 10 yardımçı tikilinin ümumilİkdə 430 kv.metr dam örtüyünə ziyan vurub.
Bundan başqa, 14 yaşayış məntəqəsində 25 elektrik dayağı, 5 ağacın aşması nəticəsinə 447 abonent elektrik enerjisiz qalıb. 100 abonentin qaz və rabitə təchizatında fasilələr yaranıb. Güclü küləyinin təsirindən rayonun Gərgər kəndində 35 Kv-luq metal dayağının aşması ilə bağlı 74 yaşayış məntəqəsində 9092 abonentin və rayonun Düzyurd kəndində 6 ədəd 35 Kv-luq metal dayağın aşması nəticəsində 92 yaşayış məntəqəsinin 12823 abonentinə elektrik enerjisinin verilməsində fasilələr qeydə alınıb.