Güclü külək Goranboy rayonunda fəsadlara səbəb olub.
APA-nın yerli bürosu xəbər verir ki, fəsadlar daha çox rayonun Məşədiqaralılar, Eyvazlılar, Boluslu kəndlərində qeydə alınıb.
Həmin yaşayış məntəqələrində güclü küləyin təsirindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar qərb bölgəsinin digər bir neçə rayonunda da elektrik enerjisinin verilməsində fasilələr baş verib.