Dünən əsən güclü külək Qəbələ rayonunda bəzi fəsadlar törədib.
APA - nin Şirvan bürosu xəbər verir ki, güclü külək nəticəsində rayonun bir cox kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bəzi yerlərdə ağaclar aşıb. Hazırda yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.