Bank Of Baku

Güclü küləklə bağlı 3 nəfər təcili yardıma müraciət edib, birinin vəziyyəti ağırdır

Güclü küləklə bağlı 3 nəfər təcili yardıma müraciət edib, birinin vəziyyəti ağırdır
# 28 dekabr 2023 12:23 (UTC +04:00)

Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar.

Qeyd edilib ki, Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR