Bank Of Baku

Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 01 mart 2023 15:22 (UTC +04:00)

2021/22-ci dərs ilinin əvvəlində Gürcüstanın ali təhsil müəssisələrində 903 Azərbaycan vətəndaşı olan tələbə qeydə alınıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeydə alınıb. Bildirilib ki, bunlardan 660-ı kişi, 243 isə qadındır. Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının əksəriyyəti özəl ali təhsil müəssisələrində qeydiyyatdan keçiblər. Belə ki, onlardan 546-sı özəl, 357-si isə dövlət ali təhsil məktəblərində qeydiyyata alınıblar.

2020-2021-ci tədris ilində isə Gürcüstanın ali təhsil müəssisələrində 901 Azərbaycan vətəndaşı təhsil alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR