Ölkəmizdə mühafizə orderlərinin sayı çox da inandırıcı görünmür.
APA xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev deyib.
O bildirib ki, məişət zorakılığından əziyyət çəkənlərə verilən mühafizə orderləri ilə bağlı statistikaya baxdıqda, sayın az olduğu görünür.
Ceyhun Qaracayev çıxışı zamanı xatırladıb ki, mühafizə orderinin verilməsinə "Məişət zorakılığı haqqında" Qanunun qəbulundan sonra başlanılıb.