Məişət zorakılığı halları ilə bağlı bizi narahat edən məsələlərdən biri təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasıdır.
APA xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov deyib.
O bildirib ki, bu cür hallar əksər vaxtlar cinayətlə yekunlaşır. O, həmçinin qeyd edib ki, məişət zorakılığı ilə bağlı halların əksəriyyətində zərərçəkmiş tərəf qadınlar, təqsirləndirilən tərəf isə kişilər olur.