Bank Of Baku

Həkimlərin sertifikasiya imtahanı təxirə salınıb

Həkimlərin sertifikasiya imtahanı təxirə salınıb
# 26 dekabr 2022 16:11 (UTC +04:00)

Səhiyyə Nazirliyi 2023-cü il yanvarın 10-a qədər sertifikasiya imtahanından keçməli olan həkimlərə müraciət edib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak edən həkimlərin sənədlərinin qeydiyyatı prosesində texniki nasazlıq yaranıb.

Qeyd edilib ki, bununla əlaqədar imtahanların keçirilməsi müvəqqəti təxirə salınıb:

“Yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində hazırda müvafiq texniki heyət tərəfindən işlər aparılır. Sənədlərin qəbulu və imtahan prosesi yanvarın 10-dan sonra davam edəcək. Bu barədə sertifikasiya imtahanından keçməli olan həkimlərə əlavə məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR