Bank Of Baku

Həkimlərin sertifikasiya imtahanları bərpa edilir

Həkimlərin sertifikasiya imtahanları bərpa edilir
# 06 yanvar 2023 16:13 (UTC +04:00)

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü il tarixindən etibarən keçirilməsi bərpa edilir.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən xəbər verilib.

Həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək.

11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR