Bank Of Baku

Hesablama Palatası Tacikistan Hesablama Palatasının fəaliyyətini qiymətləndirib

Hesablama Palatası Tacikistan Hesablama Palatasının fəaliyyətini qiymətləndirib
# 14 dekabr 2023 17:28 (UTC +04:00)

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının İnkişaf Təşəbbüsünün (INTOSAI IDI) “Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü” layihəsi çərçivəsində onlayn tədbirdə iştirak edib.

APA Hesablama Palatasının saytına istinadən xəbər verir ki, tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsinə (SAI PMF) uyğun Tacikistan Respublikası Hesablama Palatasının fəaliyyətinin qiymətləndirilməsinin yekunlaşdığını və müvafiq hesabatın hazırlandığını bildirib. Sədr qiymətləndirmənin nəticələrinin növbəti dövr üçün strateji planın əsasını təşkil edəcəyini vurğulamaqla, müvafiq hesabatın fəaliyyətin beynəlxalq standartlara uyğunluq səviyyəsini, qurumun güclü və zəif tərəflərini əks etdirdiyini qeyd edib.

Onlayn formatda baş tutan tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri ilə yanaşı Tacikistan AAO-nun rəhbəri Chillazoda Qarakhon, IDI-ın baş direktoru Einar Gorrissen, İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA) və digər beynəlxalq təşkilatların nümayəndələri də çıxışlar ediblər.

Xatırladaq ki, layihə çərçivəsində Azərbaycan Respublikasının Hesablama Palatası Tacikistan Respublikasının fəaliyyətini qiymətləndirən və strateji idarəetmə çərçivəsinin təkmilləşdirilməsinə, o cümlədən strateji planın, illik əməliyyat planlarının və monitorinq sisteminin qurulmasına dəstək verən həmkar ali audit orqanı olaraq seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR