Hesablama Palatasına yeni auditor təyin olunub.
APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb.
Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.