Bank Of Baku

Həsənrizə köçən qazi: Həyatımın ən əlamətdar gününü yaşayıram

Xəyyam Fətəliyev

© APA | Xəyyam Fətəliyev

# 24 iyul 2025 12:34 (UTC +04:00)

"Doğma yurda qovuşmağa görə çox qürurluyam. Həsənrizdən məcburi köçkün düşəndə 6 yaşım vardı. Ali Baş Komandanın əmri ilə həm ərazi bütövlüyümüzün bərpasını təmin etdik, həm də qisasımızı aldıq".

Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Ağdərənin Həsənriz kəndinə köçən 44 günlük Vətən müharibəsinin qazisi Xəyyam Fətəliyev bildirib.

O, Həsənrizə dönməyi həyatının ən əlamətdar günü hesab etdiyini deyib: "Bir neçə dəfə yaralanmışam. Həmişə bu günün gələcəyinə inanırdım. İndi kəndə övladlarımla gedirəm. İnşallah, doğma yurdun çiçəklənməsi üçün əlimdən gələni əsirgəməyəcəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR