"Himayədar ailə" qayğı modeli ilə bağlı işlər yekunlaşıb".
APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hazırlanmış müvafiq sənədlər aidiyyəti orqanlara göndərilib: "Altsistem də yaradılıb. Qanunvericilik məsələləri tənzimləndikdən sonra xidmətin tətbiqinə başlanılacaq. Bununla da ümid edirik ki, dövlət uşaq müəssisələrində böyüyən uşaqlara ailə mühiti yaratmağa müvəffəq olacağıq".