Bank Of Baku

I Qarabağ müharibəsində itkin düşmüş şəhid Rizvan Hacıyev dəfn edilib - YENİLƏNİB - FOTO

I Qarabağ müharibəsində itkin düşmüş şəhid Rizvan Hacıyev dəfn edilib - YENİLƏNİB  - FOTO
# 29 avqust 2025 13:26 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Rizvan Hacıyevin nəşinin qalıqları dəfn edilib.

APA-nın yerli bürosu xəbər verir ki, onun qalıqları Kürdəmir rayonunun Qocalı kənd qəbristanlığında torpağa tapşırılıb.

***

12:53

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan hərbçi Hacıyev Rizvan Qara oğlunun nəşinin qalıqları bu gün Kürdəmir rayonunda ailəsinə təhvil verilib.

APA-nın yerli bürosunun məlumatına görə, hazırda şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR