Bank Of Baku

İcbari tibbi sığorta üzrə müştərək maliyyələşmə məbləği yeni qaydada hesablanacaq

İcbari tibbi sığorta üzrə müştərək maliyyələşmə məbləği yeni qaydada hesablanacaq
# 25 aprel 2025 10:56 (UTC +04:00)

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib.

APA-nın xəbərinə görə, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.
Qərara əsasən, Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faiz həcmində müştərək maliyyələşmə məbləği ödəyəcək.
Qeyd edək ki, sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 (iyirmi) manat müştərək maliyyələşmə məbləği ödəməsi nəzərə tutulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR