İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın funksiyaları artırılıb.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”na dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə onların xidmət sektorundakı fəaliyyəti ilə bağlı ölkədaxili vəziyyəti təhlil etmək bu funksiyalar sırasına daxil edilib.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, bu qərar insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın vəzifələrini nəzərə alaraq, həmin komissiya tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmət sektorundakı fəaliyyətinə dair ölkədaxili vəziyyətin təhlil edilməsi və onların insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması istiqamətində fəaliyyəti əhatə etməklə, bu sahədə yeni tənzimləmə mexanizmini müəyyən edir.